Bempionun baş məşqçisi tələb etdi: “Verdiyim tapışırqların əksəriyyətini yerinə yetirsəz…“

16:00 Sabah 120
Bempionun baş məşqçisi tələb etdi: “Verdiyim tapışırqların əksəriyyətini yerinə yetirsəz…“

“Sabah” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Premyer Liqanın son qalibi Danimarkada “Orhus”un qonağı olacaq.

Qarşılaşmanı Sloveniyadan olan FIFA referisi Rade Obrenoviç idarə edəcək. Randers stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Sabah” iki oyunun nəticəsinə əsasən “Orhus”u mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Valdas Dambrauskas matçdan öncə futbolçularını öz tələbiylə tanış edib. Baş məşqçi Danimarkada mütləq qələbə qazanmalı olduqlarını bildirib.

Litvalı mütəxəssis rəqibin hərtərəfli analizini apardıqlarını, zəif nöqtələrini müəyyənləşdirdiklərini, çox çətinlik çəkmədən uğurlu nəticə əldə eləyə biləcəklərini söyləyib.

“Əgər verdiyim tapışırqların əksəriyyətini yerinə yetirsəz, buradan qalib ayrılacağıq“ - onun ümumi fikri bunlan ibarət olub..

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti