Qurban Qurbanov orada yox, burada danışacaq

08:40 Qarabağ 89
Qurban Qurbanov orada yox, burada danışacaq

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq.

“Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti