Adı “Qarabağ”la hallanan “Neftçi”nin sabiq hücumçusu Super Liqanda

14:20 Gündəm 329
Adı “Qarabağ”la hallanan “Neftçi”nin sabiq hücumçusu Super Liqanda

Braziliyalı hücumçu Mateus Saldanya Türkiyədə “Gənclərbirliyi"nə keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, Ankara təmsilçisi 26 yaşlı forvardın transferi üçün rəsmi təklif göndərib.

Bu barədə Türkiyəli jurnalist Reşat Can Özbudak məlumat yayıb.

Tərəflərin maliyyə şərtləri və müqavilənin müddəti ilə bağlı danışıqları davam etdirdiyi bildirilir. Razılıq əldə olunacağı təqdirdə, Saldanya yeni mövsümdən “Gənclərbirliyi”nin formasını geyinəcək.

Braziliyalı futbolçunun müqaviləsi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” komandası ilədir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şarja”da keçirib və 9 qarşılaşmada qol vura bilməyib.

Mərkəz hücumçusu 2023-cü ilin yanvar-iyul aylarında “Neftçi”də çıxış edib. Saldanya Bakı komandasının heyətində Azərbaycan Premyer Liqasında 17 oyuna beş qol vurub.

Daha sonra Serbiyanın “Partizan” və Macarıstanın “Ferentsvaroş” komandalarında oynayan forvard 2025-ci ildə 5 milyon avro qarşılığında “Əl-Vasl”a keçib.

“Transfermarkt” portalı Mateus Saldanyanın transfer dəyərini 3,5 milyon avro (6 milyon 965 min AZN) qiymətləndirir.

"Sambaçı"nın adı yay transfer dövründə “Qarabağ”la da hallanıb.

Digər Xəbərlər
Xəbər Lenti