"Şəfa" gülünc vəziyyətə düşdü, onların yerinə bu komanda gəldi

11:00 Problem 200
"Şəfa" gülünc vəziyyətə düşdü, onların yerinə bu komanda gəldi

“Sabahın Ulduzları” tunirin iştirakçı komandaları arasında dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Futbol Federasiyası Təşkilat Komitəsi məlumat yayıb.

Əvvəlcə bildirilib ki, “Sabahın Ulduzları” U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FİFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır.

Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.

Qeyd olunub ki, “Şəfa”nın heyətində 2011-ci il təvvəllüdlü futbolçuların olmadığını və klub akademiyasının yeni formalaşdığını nəzərə alaraq “Şəfa”nın müraciətinə əsasən, komandanın “Sabahın Ulduzları” yarışlarında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.

U-15 yaş qrupunda yarışlara "Şəfa"nın əvəzinə "Rekord" buraxılıb

Digər Xəbərlər
Xəbər Lenti