Klubun satın alınmasına vasitəçilik etdi, rəhbərlikdə təmsil olunmaq istəmədi

14:40 I Divizion 184
Klubun satın alınmasına vasitəçilik etdi, rəhbərlikdə təmsil olunmaq istəmədi

“Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri “Səbail“də çalışmaq variantından imtina edib.

“Dənizçilər“in yeni himayədarları klubun rəhbərliyində təmsil olunmağı təklif eləsə də, o, bu dəvəti geri çevirib.

Bu il Premyer Liqaya qayıdan bilməyən “Səbail“ iyunda “əl dəyişib“. Firuz Abdulla 300 min manata yaxın vəsaitin qarşılığında təsisçilik hüququnu qarşı tərəfə verib.

Qarşı tərəf kimdir? Mirzə Bayrampuru başda göstərən şəxslərə.

2016-cı ildən, yarandığı gündən “Səbail“in rəhbərliyində yer alan, ötən ilin yayında isə sənədləri öz adına keçirən F.Abdulla onlardan alınan pulları cibinə qoymayıb. Ödənilən məbləğ klubun bütün borclarının bağlanmasına sərf olunub.

İlqar Nadiri bu danışıqların təşkilatçısı və vasitəçisidir. O. Firuz Abdulla ilə Mirzə Bayrampuru irəli vermiş sponsorların anlaşmasını təmin edib.

Prosesin sonrakı mərhələsindən geri çəkilməsi onunla yeni yönətim arasında yaranan fikir ayrılığından qaynaqlanır. Nadiri təcrübəli futbol adamıdır, görüb ki, Bayrampurun çevrəsiylə yola gedə bilməyəcək.

Çünki klubun hazırkı başçısı haqda ümumi rəy birmənalı deyil. Onunla bağlı olduqca neqativ məlumatlar yayılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti