Liqanın yeni iştirakçısı kapitanıyla müqaviləni uzatdı

08:30 I Divizion 100
Liqanın yeni iştirakçısı kapitanıyla müqaviləni uzatdı

Birinci Liqada çıxış edən “Xankəndi”nin kapitanı və mərkəz müdafiəçisi Əziz Hüseynov klubla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

34 yaşlı futbolçu ilə razılaşmanın müddəti bir ildir. Hüseynov 2026/2027 mövsümündə də “Xankəndi”nin uğurları üçün mübarizə aparacaq.

“Xankəndi” 2025/2026 mövsümündə keçirdiyi 27 oyunda 25 qələbə qazanıb, bir heç-heçə edib və bir dəfə məğlub olub.

Komanda 76 xalla çempionatı birinci pillədə başa vuraraq Azərbaycan Birinci Liqasına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti