“Qarabağ”ın ÇL-də potensial rəqibləri bu gün üz-üzə gəlir

9 İyul 2024 20:20 Çempionlar Liqası 833
“Qarabağ”ın ÇL-də potensial rəqibləri bu gün üz-üzə gəlir

Bu gün Çempionlar Liqasında I təsnifat mərhləsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın da potensial rəqibləri üz-üzə gələcək.

“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.

Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti