“Qarabağ” elə bir hadisəyə imza atdı ki… ÇL-də ikinci dəfə

8 Avqust 2022 12:40 Çempionlar Liqası 11 715
“Qarabağ” elə bir hadisəyə imza atdı ki… ÇL-də ikinci dəfə

Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” ardıcıl dörd oyunda qol vurub.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri yalnız mövsümün ilk görüşündə bunu bacarmayıb.

Həmin vaxt ağdamlılar Polşada “Lex”ə uduzub – 0:1. Poznanlılarla cavab görüşü (5:1), İsveçrə “Sürix”i ilə hər iki oyun (3:2, 2:2) və Macarıstan “Ferensvaroş”u ilə ilk sınaqda (1:1) təmsilçimiz rəqib qapısına yol tapıb.

Bu, Azərbaycan klublarının Çempionlar Liqasındakı rekordunun təkrarıdır. “Qarabağ”dan başqa heç bir komandamız qitənin ən nüfuzlu klub turnirində bunu bacarmayıb.

Ağdamlılar 2019-cu ildə də ardıcıl 4 oyunda qol vurub. Maraqlıdır ki, həmin vaxt da seriya I təsnifat mərhələsinin cavab görüşündə başlayıb.

Qurbanovun yetirmələri son dörd görüşdə həm də qol buraxıb. Yəni bu qarşılaşmaların hamısı Q/Q bitib. Bu da bir ilkdir. Azərbaycanın heç bir klubu Çempionlar Liqasında ardıcıl 4 dəfə Q/Q oynamayıb.

Digər Xəbərlər
Xəbər Lenti