"Qarabağ"ın diqqətinə - İsveç yığmasının universal oyunçusu transfer olunur

29 İyun 2022 02:40 Çempionlar Liqası 53 988
"Qarabağ"ın diqqətinə - İsveç yığmasının universal oyunçusu transfer olunur

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi Norveçin "Rusenborq" klubundan Pavle Vagiçi transfer edir.

İsveçin U-21 yığmasının da üzvü olan 22 yaşlı oyunçu universallığı ilə seçilir. O, həm müdafiənin mərkəzində, həm də yarımmüdafiə xəttində çıxış edə bilir.

"Lex" "Qarabağ"a ilk oyununu iyulun 5-də evdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti