“Mən “Qarabağ”ın hekayəsini yaxşı bilirəm, məşqçilərini və onun işini yaxşı tanıyıram”

13 Avqust 2024 03:10 Çempionlar Liqası 1 004
“Mən “Qarabağ”ın hekayəsini yaxşı bilirəm, məşqçilərini və onun işini yaxşı tanıyıram”

"Qətiyyətlə deyə bilərəm ki, "Qarabağ” çox böyük beynəlxalq təcrübəyə malik komandadır.

Biz isə geniş heyətə malikik. Hərçənd ki, Bernard Tekbetey xoşagəlməz zədə alıb".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab matçı haqda deyib.

O, komandasının "Qarabağ"la oyuna yaxşı hazırlaşdığını bildirib:

"Qarabağ"la səfər matçında futbolçularımı tanıdım. Onlar heç nəyə görə narahat deyillər və hər oyunda qol vururlar.

Bu, bizim üçün son dərəcə vacib, eyni zamanda çox çətin oyundur. Futbolçuların vəziyyəti yaxşıdır.

Qarşılaşmaları bir-bir nəzərdən keçirəcəyik. "Levski" ilə oyun üçün vaxtımız var".

Baş məşqçi Ağdam klubunu və onun çalışdırıcısı Qurban Qurbanovu tərifləyib:

“Qarabağ” hərtərəfli Avropa komandasıdır. Mən onların hekayəsini yaxşı bilirəm, məşqçilərini və onun işini yaxşı tanıyıram. O, böyük peşəkardır”.

"Ludoqorets” – “Qarabağ” matçı bu gün Razqraddakı “Huvefarma Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

“Ludoqorets” Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”