"Bunu indiyədək necə etdik? Birləşdik, özümüzə inandıq"

29 May 2021 10:00 Çempionlar Liqası 514
"Bunu indiyədək necə etdik? Birləşdik, özümüzə inandıq"

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel sabah Çempionlar Liqasının finalında "Mançester Siti" ilə qarşılaşacaqları matç barədə danışıb.

Sportinfo.az xəbər verir ki, aqlmaniyalı mütəxəssis deyib:

"Rəqib çox fərqli oynayacaq, amma lazım olduqda necə cəsarətli davranacağımızı bilirik. Pepin komandasına qarşı oynamaq həmişə çətin olur.

O, mükəmməl səviyyədə özünə inamlı komandalar qurur. Bəlkə də bu, Avropanın və hətta dünyanın ən güclü komandasıdır. Çox yaxşı başa düşürük ki, "Mançester Siti" nümunəvidir.

Ancaq futbolda həmişə fərqi azaltmaq şansınız var. Bunu indiyədək necə etdik? Birləşib, tək komanda olduq, özümüzə inandıq və hər saniyədə mübarizə apardıq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!