Azərbaycanlı gənc futbolçu Səid Aslanov peşəkar karyerasını İspaniyada davam etdirəcək.
Sportinfo.az-in oxu.az-a istinadən məlumatına görə, 15 yaşlı mərkəz müdafiəçisini İspaniyanın “Real Mursiya” klubu öz heyətinə qatıb.
Səid Aslanov ölkəmizdə “Zirə” nin aşağı yaş qruplarında çıxış edib.
Onun İspaniyadakı fəaliyyəti isə bununla məhdudlaşmır. Gənc futbolçu daha əvvəl bu ölkənin “Hueska”nın U-16 komandasının formasını geyinərək oyun təcrübəsi əldə edib.
"Real Mursiya" hazırda İspaniyada “Primera Federación”da (üçüncü liqa) mübarizə aparır.


