“Qarabağ” ilk “200-lüy”ə daxil oldu, “Sumqayıt” birdən-birə 106 addım irəli getdi

19:20 Bizimkilər 155
“Qarabağ” ilk “200-lüy”ə daxil oldu, “Sumqayıt” birdən-birə 106 addım irəli getdi

Klubların dünya reytinqi yenilənib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən komandaların mövqelərində dəyişikliklər olub.

Ən yüksək reytinqə malik klubumuz “Qarabağ” ilk “200-lüy”ə daxil olub. 17 pillə irəliləyən Qurban Qurbanovun yetirmələri hazırda planetin 190-cı komandasıdır.

“Qarabağ”la yanaşı, “Sabah”, “Zirə”, “Şamaxı” və “Sumqayıt”da da irəliləyiş müşahidə olunub. Xüsusən də sonuncuların sıçrayışı diqqət çəkir. “Gənclik şəhəri” təmsilçisi birdən-birə 106 addım irəliləyib.

“Turan Tovuz”, “Neftçi”, “Araz-Naxçıvan”, “İmişli”, “Qəbələ”, “Kəpəz” və “Karvan-Yevlax” isə geriləmə ilə yadda qalıblar. “İmişli”nin 123, “Kəpəz”in 64, “Neftçi”nin isə 53 komandanı özündən irəli buraxması xüsusi qeyd olunmalıdır.

Dünya reytinqinə maksimum – 100,0 əmsalla Almaniya “Bayern”i liderlik edir. İngiltərə klubları “Arsenal” (99,0) ikinci, “Mançester Siti” (97,6) isə üçüncü sıradadır.

Azərbaycan klublarının dünya reytinqindəki mövqeyi:

190 (17). “Qarabağ” – 81,3 əmsal

253 (7). “Sabah” – 80,3

550 (2). “Zirə” – 76,3

600 (-1). “Turan Tovuz” – 75,6

695 (-53). “Neftçi” – 74,6

1087 (-4). “Araz-Naxçıvan” – 71,6

1290 (29). “Şamaxı” – 70,1

1406 (106). “Sumqayıt” – 69,5

1451 (-123). “İmişli” – 69,2

1709 (-7). “Qəbələ” – 68,0

2206 (-64). “Kəpəz” – 65,8

2421 (-16). “Karvan-Yevlax” – 65,1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti