Nəriman ABŞ-də arada belə günlər də yaşayır - VİDEO

11:20 Bizimkilər 148
Nəriman ABŞ-də arada belə günlər də yaşayır - VİDEO

“Noksvill” ABŞ Açıq Kubokunun 1/8 final mərhələsində Nəriman Axundzadənin yer aldığı MLS təmsilçisi “Kolumbus Kru” ilə qarşılaşıb və 4:1 hesabı ilə məğlub olaraq, turnirdəki mübarizəsini dayandırıb.

Sportinfo.az xəbər verir ki, Nəriman komandanın start heyətində yer alıb.

Görüş “ScottsMiracle-Gro Field” stadionunda baş tutub. Matça sürətli başlayan “Kolumbus Kru” 10-cu dəqiqədə Hüqo Pikardın dəqiq zərbəsi ilə hesabı açıb.

Lakin ev sahibi “Noksvill” dərhal cavab verib. Eli Konveyin ötürməsindən sonra Braudilio Rodriges baş zərbəsi ilə fərqlənərək hesabı bərabərləşdirib.

Bərabərlik uzun sürməyib və 23-cü dəqiqədə Hüqo Pikard yenidən fərqlənərək, dubl edib və “Kolumbus Kru” yenidən önə çıxıb.

İkinci hissədə MLS təmsilçisi üstünlüyünü tam ələ alıb. Daniel Qazdaq və Ceyk Adamsın vurduğu qollarla “Kolumbus Kru” hesabı 4:1-ə çatdıraraq, qələbəni rəsmiləşdirib.

Bu nəticə ilə “Noksvill” turnirdəki çıxışını dayandırıb, “Kolumbus Kru” isə Lamar Hant ABŞ Açıq Kubokunda növbəti mərhələyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti