Mahir Emreli klubunu dəyişəcək.
Millimizin hücumçusuna 2-ci Bundesliqadan bir neçə real təklif alıb.
Emreli hazırda formasını geyindiyi "Kayzerslautern"dəki durumundan məmnun deyil.
Baş məşqçi həmyerlimizə oynamaq imkanı yaratmır.
Yaranmış vəziyyətdən 28 yaşlı hücumçu da çox narahatdır.
Yeganə çıxış yolu başqa kluba üz tutmaqda görür.
Mahirin “Kayzerslautern”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, ötən ilin yayından Almaniya təmsilçisində çıxış edir.
Burada meydana çıxdığı 11 görüşdə 2 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

