Cəlal oynadı, “Arda” uduzdu

02:40 Bizimkilər 83
Cəlal oynadı, “Arda” uduzdu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda 31-ci turda öz meydanında “Botev”lə qarşılaşıb.

Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.

Cəlal oyuna ehtiyatda başlayıb. O, 46-cı dəqiqədə - hesabda 0:1 geridə olduqları vaxt meydana daxil olub.

Bu nəticədən sonra “Arda” 44 xalla 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 18:10 Çək və bizə göndər!