“Qarabağ”dan Musa Qurbanlı bu mövsüm Misli Premyer Liqasında ən çox qol vuran azərbaycanlı hücumçudur.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün 29-cu turun “Neftçi”yə qarşı səfər matçında (5:1) dubl edib.
O, həmçinin oyunda bir qolun ötürməsini də verib.
Beləliklə, Qurbanlı 2025/26 mövsümü Premyer Liqada qollarının sayını 7-ə çatdırıb (20 oyunda).
Ümumən bu mövsüm Azərbaycan çempionatında ən çox qol vuran yerli oyunçu “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdur - 9 qol.
“Qarabağ”ın müdafiəçisi/yarımmüdafiəçisi Toral Bayramov da M.Qurbanlı kimi 7 dəfə fərqlənib.

