 
            Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, komanda 12-ci turda "Puşa"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Rahil bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Radomyak" turnir cədvəlində 12 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            