AFFA-nın xanım əməkdaşı Avropa çempionatına təyinat aldı

25 May 2024 17:40 Bizimkilər 847
AFFA-nın xanım əməkdaşı Avropa çempionatına təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının görüşü mayın 31-də, saat 19:00-da başlayacaq.

Qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 May 11:00 O olmasın, bu olsun!