Mahir Emrelinin Super Liqada debüt matçından VİDEO

6 Mart 2023 09:20 Bizimkilər 1 572
Mahir Emrelinin Super Liqada debüt matçından VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin yeni komandası "Konyaspor" Türkiyə Superliqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda "Giresunspor"u qəbul edib.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Mahir də bu oyunda iştirak edib.

O, əsas heyətdə meydana çıxıb və 56-cı dəqiqədə Robert Muriçlə əvəzlənib.

Bu, Mahirin "Konyaspor"da və ümumiyyətlə Superliqada rəsmi debüt oyunu olub.

"Konyaspor" 23 oyundan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb. "Giresunspor" isə 22 xalla 17-cidir.

Müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!