İsveçrə Superliqasında 23-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrashopper" "Sankt-Qallen"lə üz-üzə gəlib.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Dadaşov 63-cü dəqiqədə əvəzlənib. O, 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Qrasshopper" 25 xalla 7-ci pillədədir.

