"Planlaşdırmışam ki…" - İsveç klubunun azərbaycanlı məşqçisi

6 Mart 2023 01:50 Bizimkilər 598
"Planlaşdırmışam ki…" - İsveç klubunun azərbaycanlı məşqçisi

"İsveç - Azərbaycan matçını stadiondan canlı izləyəcəm.

Sportinfo.az xəbər verir ki, bu görüşü Stokholmda yaşayan və Azərbaycan futbol azarkeşlərinə, ictimaiyyətinə tanış olan, yaxın dostum Anatoli Ponomaryovla birlikdə izləməyi planlaşdırmışam. Ümid edirəm ki, belə də, olacaq".

bu sözləri sportal.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Emin Nuri deyib.

Hazırda İsveçin “Kalmar”da məşqçi kimi fəaliyyət göstərən Nuri yığma komandamızın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 27-i səfərdə İsveçə qarşı oynayacağı görüşdən gözləntilərini söyləyib.

Onun sözlərinə görə, Azərbaycan millisi səfərdə oynamasına baxmayaraq, xal qazanmaq şansına sahibdir:

“Azərbaycan millisinə inanıram. İsveçdəki görüşdə hər şey baş tuta bilər. İsveç millisi son vaxtlar qeyri-sabit çıxış edir.

Bu mənada, Azərbaycan İsveçlə matçda uğurlu nəticə qazanmaq şansına sahibdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!