Mahir Emreli Super Liqada debüt matçına çıxdı

5 Mart 2023 19:00 Bizimkilər 1 862
Mahir Emreli Super Liqada debüt matçına çıxdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyə "Konyaspor"unda rəsmi debüt edib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu evdə "Giresunspor"a qarşı keçirdikləri Superliqanın XXIV tur oyununa start heyətində çıxıb.

Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib.

Türkiyə təmsilçisi yayda təcrübəli forvardı birdəfəlik transfer etmək hüququna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!