”Rusiyada istedadlı azərbaycanlı futbolçular var, millinin məşqçilərinə deyirəm ki…”

5 Mart 2023 20:40 Bizimkilər 1 193
”Rusiyada istedadlı azərbaycanlı futbolçular var, millinin məşqçilərinə deyirəm ki…”

”Krasnodarda, Samarada və Rusiyanın digər şəhərlərinlə istedadlı azərbaycanlıları tapmaq olar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmamızın sabiq müdafiəçisi Emin Ağayev deyib.

Hazırda «Ximki»nin əvəzedici komandasında çalışan mütəxəssis bildirib ki, Rusiyada kifayət qədər yeniyetmə və gənc azərbaycanlı futbolçu var:

«Ötən mövsüm U-19 komandası ilə çempionatda iştirak etdik. Bu gün “Ximki-2”yə bir neçə azərbaycanlı cəlb etmişik.

Birini Moskva “Lokomotiv”indən götürmüşük, müdafiəçidir. Digərini “Ximki”nin qapıçılar üçün akademiyasından cəlb etmişik,

2005 doğumludur. O biri də hücumçudur, 2003-cü ildir. Hər üçün istedadlı futbolçudur.

Başqa komandalarda da azərbaycanlı uşaqlar var. İllərdir millinin seleksiyaçı məşqçilərinə deyirəm ki, Azərbaycandan kənarda doğulan və oynayan uşaqlara da baxmaq, şans vermək lazımdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!