Mahir Emreli bu gün Super Liqada debüt edəcək?

5 Mart 2023 13:40 Bizimkilər 725
Mahir Emreli bu gün Super Liqada debüt edəcək?

Millimizin hücumçusu Mahir Emrelinin yeni komandası “Konyaspor” bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda “Giresunspor”u qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mahir də bu oyunda iştirak edə bilər. O, meydana çıxsa, “Konyaspor”da və ümumiyyətlə, Super Liqada rəsmi debüt edəcək.

“Konyaspor” 22 oyundan sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!