Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "İnçeon"la qarşılaşıb.
Matç 3:3 hesablı bərabərliklə başa çatıb. Anton da bu görüşün iştirakçısı olub.
Start heyətdə meydana çıxan 24 yaşlı müdafiəçi sona qədər oynayıb. Milli üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Tecon Xana Sitizen" iki turdan sonra 4 xalla 2-ci sıradadır.

