“Azərbaycanlı futbolçuların Türkiyə Super Liqasında oynaması sevindiricidir“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında türkiyəli məşqçi Mehmet Ak deyib.
İllər öncə “Qarabağ“ və “Neftçi“də çalışmış mütəxəssis Mahirı Emrelinin “Konyaspor“a keçidinə sevindiyini bildirib. O, iki qardaş ölkənin klubları arasında transfer çalışmalarının sürətlənməli olduğunu söyləyib:
“Zamanında türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyədə çox oynadı. Aralarında mənim də yetirmələrim oldu.
Bu, iki qardaş ölkə futbolunun bərabər irəliləməsi yönündə çox lazımdır. Ümid edirəm ki, Mahir Emrelinin gəlişi bu yolda atılan ilk uğurlu addım olacaq.
Bir daha Mahirə Türkiyə karyerasında uğurlar arzu edirəm”.

