Mahir Emreli əsgər salamı verdi, "Konyaspor" təqdimat etdi - FOTO

3 Mart 2023 19:20 Bizimkilər 936
Mahir Emreli əsgər salamı verdi, "Konyaspor" təqdimat etdi - FOTO

"Konyaspor" Zaqreb "Dinamo"sundan icarəyə götürdüyü Mahir Emrelini rəsmən təqdim edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsi vasitəsi ilə məlumat yayıb.

Məlumatda bildirilir: “Konyaspor” daha öncə anlaşdığı Mahir Emreli ilə imzalanma mərasimi keçirdi. Klubumuz “Dinamo” Zaqrebə məxsus olan istedadlı hücumçu ilə yarımmövsümlük müqavilə imzaladı. Emreli komandamızda 19 nömrəli forma geyinəcək”.

Millimizin üzvü ilə yanaşı, digər yeni transferlər Metehan Mert, Alejandro Pozuelo və Marlos Moreno üçün imzalanma mərasimi təşkil olunub.

İmzalanma mərasimindən sonra yeni transferlər klubun forması ilə şəkil çəkdiriblər. M.Emreli yeni forma ilə əsgər salamı verib.

"Konyaspor" M.Emrelini fevralın 14-ü bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Ancaq Türkiyədə zəlzələ səbəbindən təqdimetmə mərasimi təxirə salınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!