Mahir Emreli üçün ilk şans - "Giresunspor"a qol vursa...

3 Mart 2023 20:20 Bizimkilər 3 824
Mahir Emreli üçün ilk şans - "Giresunspor"a qol vursa...

Millimizin hücumçusu Mahir Emreli həftə sonu "Konyaspor"da debüt edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Onun "ağ-yaşıllar"ın "Giresunspor"a qarşı keçirəcəyi Super Liqa matçında əsas heyətdə yer alacağı gözlənilir.

25 yaşlı forvard sözügedən görüşdə hücumun mərkəzində yer alacaq. Son 4 rəsmi oyunda fərqlənməyən "Konyaspor"un qol ümidi azərbaycanlı futbolçu olacaq.

Yeni transferlər Marlos Moreno və Alexandro Posuelo da "Giresunspor"la oyunda əsas heyətdə meydanda çıxacaq.

"Konyaspor" - "Girensunspor" matçı martın 5-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!