Azərbaycanlı məktub yazdı, Türkiyədə gündəm oldu - VİDEO

3 Mart 2023 03:50 Bizimkilər 684
Azərbaycanlı məktub yazdı, Türkiyədə gündəm oldu - VİDEO

“Azərbaycanda sakinlərdən biri yazılı müraciət edərək, Türkiyədəki zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə böyrəyindən birini göndərmək istəyir”.

Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması adlı dərnəyin könüllələri Cnn türk-ə belə açıqlama verib.

Onların sözlərinə görə, müraciət edən şəxs 1960-cı il təvəllüdlü Ağsu rayonu sakinidir.

Türk könüllünün sözlərinə görə, Ağsu sakini müraciətində qeyd edib ki, əməliyyat zamanı xoşagəlməz hadisə baş verərsə, məsuliyyət tamamilə onun özünün üzərindədir. Ağsu sakini buna könüllü olduğunu ifadə edib.

Azərbaycanda işləyən türk iş adamları Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması adlı dərnək qurublar.

Onlar Azərbaycanda yığılan yardımların Türkiyəyə göndərilməsinə vasitəçilik edirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!