Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə müqavilə imzalayacaq

2 Mart 2023 20:20 Bizimkilər 865
Azərbaycan millisinin futbolçusu Almaniya klubu  ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniya klubu “Ertsgebirge” ilə yeni müqavilə imzalayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “liga3-news.de” saytı məlumat yayıb.

Vurğulanıb ki, Bundesliqa III klubunun idman direktoru Mattias Heydrix indidən növbəti mövsümün heyətini formalaşdırmağa başlayıb.

Klub rəsmisinin yeni sözləşmə üçün danışıq apardığı oyunçulardan biri də 33 yaşlı yarımmüdafiəçi Nazarovdur. Vitse-kapitan özü də karyerasını Aue təmsilçisində başa vurmaq niyyətindədir.

2016-cı ildən “Ertsgebirge”də çıxış edən Dmitri Nazarovun klubla müqavilə müddəti mövsümün sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!