Azərbaycanlı idmançı Ukraynada gedən döyüşlərdə həlak oldu

2 Mart 2023 19:20 Bizimkilər 691
Azərbaycanlı idmançı Ukraynada gedən döyüşlərdə həlak oldu

Ukraynadakı müharibədə daha bir soydaşımız həlak olub.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunur ki, Amil İltifat oğlu Sultanov Donetsk uğrunda döyüşlərdə həlak olub. Lənkəran rayonunda doğulan Amilin idmançı olduğu bildirilir.

Özündən sonra 9 yaşlı qız övladı qalan Amil Sultanovun dəfn mərasimi 3 martda Zaporojyedə keçiriləcək.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!