Nazim Süleymanov “Neftçi”dən tanıdığı futbolçunu yanına apardı

2 Mart 2023 16:40 Bizimkilər 6 398
Nazim Süleymanov “Neftçi”dən tanıdığı futbolçunu yanına apardı

Azərbaycanlı futbolçulara yaxşı tanış olan Samir Məsimovun yeni iş yeri müəyyənləşib.

27 yaşlı yarımmüdafiəçi azı iyuna qədər “Ximki-2”nin uğurları üçün tər tökəcək. Müqavilə qısa müddətə nəzərdə tutulub.

Futbolçunun sərgilədiyi oyun və klubun irəli sürəcəyi şərtlər qənaətbəxş olsa, tərəflər iyunda yeni anlaşma haqda danışacaq.

Vaxtilə ölkəmizdə “Neftçi”nin şərəfini qorumuş Məsimov “Ximki-2”yə məhz Nazim Süleymanovun istəyi ilə cəlb olunub və “Balaşixa” ilə yoldaşlıq görüşündə meydanda olub.

Samir 2013/14 mövsümündə “Neftçi” ilə Azərbaycan kubokunun sahibi olub.

Vaxtilə ölkəmizin U-19 və U-21 millilərinin də şərəfini qorumağa imkan tapmış futbolçu ölkəmizdə “Keşlə” ilə (indiki “Şamaxı”) AZAL-ın da formasını geyinib.

Sloveniya “Domjale”sində çıxış edəndən sonra Rusiyaya qayıdaraq “Olimp Ximki” və “Olimp Dolquprudnıy” komandalarında oynayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!