İran çempionatında 21-ci turun qarşılaşmaları davam edir.
Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan "Traktor"u səfərdə "Sanat Naft"ın qonağı olub.
Matç Təbriz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Qurdlar"ın heyətində Reza Əsədi dubl edib, digər qolu isə Mehdi Haşemnejad vurub.
Xallarını 36-ya yüksəldən "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təbrizlilər lider "Sepahan"dan 7 xal geri qalır.

