Tanınmış azərbaycanlı məşqçinin qızı Rusiyanı "fəth etdi"

28 Fevral 2023 23:20 Bizimkilər 746
Tanınmış azərbaycanlı məşqçinin qızı Rusiyanı "fəth etdi"

Azərbaycan əsilli bədii gimnast Lala Kramarenko Rusiya çempionu olub.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı idmançı Moskvada keçirilən turnirdə halqa, top, gürz və lentlərlə hərəkətlərdə uğurlu çıxış edib.

O, halqa ilə 40.45, topla 38.5, gürzlə 39.65 lentlə hərəkətlərdə isə 40.50 xalla birinci yeri tutub.

Beləliklə, Lala Kramarenko 4 növdə ölkə çempionu tituluna sahib çıxıb.

Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin keçmiş üzvü, həmçinin yığmanın və Moskva MOİK-nin qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!