Ağayev Yunanıstanda prinsipial oyuna təyinat aldı

28 Fevral 2023 12:40 Bizimkilər 679
Ağayev Yunanıstanda prinsipial oyuna təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Kubokunun oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası “Olimpiakos” və AEK arasındakı cavab matçını idarə edəcəklər.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!