Ailəsini itirən azərbaycanlı Ukraynada ölümdən XİLAS EDİLDİ

28 Fevral 2023 12:30 Bizimkilər 454
Ailəsini itirən azərbaycanlı Ukraynada ölümdən XİLAS EDİLDİ

Azərbaycanın Moldovadakı səfirliyi Ukraynanın Xerson şəhərində bombalanma səbəbindən bütün ailə üzvlərini itirmiş (oğlu, həyat yoldaşı, iki nəvəsi) Azərbaycan vətəndaşı Mirzəyev Yusif Ağalar oğlunu müharibə ərazisindən xilas edib.

Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovun şəxsən iştirakı ilə vətəndaş Moldovada otelə yerləşdirilib.

Qüdsi Osmanov məlumat verib ki, vətəndaş sabah vətənə yola salınacaq. Mirzəyev Yusif Ağalar oğlununun bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!