Məşhur azərbaycanlı futbolçuya icazə verildi - İrandan çıxmağa

27 Fevral 2023 13:20 Bizimkilər 722
Məşhur azərbaycanlı futbolçuya icazə verildi -  İrandan çıxmağa

Azərbaycan əsilli keçmiş futbolçu Əli Daeinin İranı tərk etməsinə icazə verilib.

Sportinfo.az-ın “ir.voanews.com” saytına istinadən məlumatına görə, 54 yaşlı mütəxəssisin səyahət qadağası aradan qaldırılıb.

Fransanın paytaxtı Parisə yollanan Əli Daei instaqram səhifəsi vasitəsilə FIFA prezidenti Canni İnfantino ilə birgə şəklini paylaşıb.

İran millisinin ən məhsuldar futbolçusu kimi tarixə düşən keçmiş hücumçu isveçrəli funksionerin dəvəti ilə bu gün Parisdə keçiriləcək "The Best" mükafatlandırma mərasiminə qatılacaq.

Ölkədəki etirazlara dəstək verdiyi üçün İran təhlükəsizlik xidmətləri 2022-ci ilin oktyabrında Əli Daenin pasportunu müsadirə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!