"Mahir hara gedib? Superliqada oynayacaq, vəssalam!" - DANIŞDILAR

26 Fevral 2023 00:50 Bizimkilər 706
"Mahir hara gedib? Superliqada oynayacaq, vəssalam!" - DANIŞDILAR

Təbii ki, Mahir Emrelinin Türkiyə Superliqasında oynamasının Azərbaycan futboluna və millimizə faydası var.

Futbolçu özünü inkişaf etdirə bilsə, ən azı Türkiyədə top-klubların birində özünə yer edə bilər.

Düzdür, Zaqreb "Dinamo”sundan və ya Polşa "Legiya”sından Avropaya açılmağın daha rahat olduğunu söyləməyimiz mümkündür.

Çünki sözügedən çempionatarda oynayan futbolçular yaxşı klubların skautları tərəfindən daha çox izlənilir, nəinki Türkiyə.

Bu baxımdan Mahirin geri addım atdığını düşünüənlərlə yanaşı, bunun uğurlu olacağını fikirləşənlər də az deyil. Vaxtilə Türkiyədə oynamış, qardaş ölkənin futboluna az-çox bələd olan keçmiş azərbaycanlı futbolçular da Mahirə inanır.

Sportinfo.az xəbər verir ki, onlar qaynarinfo-ya açıqlamasında millimizin hücumçusuna dəstəkərini ifadə ediblər:

Vaqif Cavadov

"Əvvəlcə ona uğurlar arzulayıram. Əsas odur ki, harda rahatdırsa, orada da qalsın. İrəliləyiş həmişə olacaq. "Legiya”ya keçəndə heç kəs gözləmirdi ki, orada uğurlu olacaq. Yaxşı oyun nümayiş etdirdi, qollarını vurdu, hər şey qaydasında idi. Məşqçi, komanda dəyişikliyi bir qədər onu geriyə sala bilər. Türkiyə çempionatında həm azarkeşlər, həm klub rəhbərləri elədir ki, ilk oyunda qol vursan, dərhal sevimli oyunçuya çevrilirsən. Ona görə də daim qol vurmalı, yaxşı oyun nümayiş etdirməlisən ki, səhv buraxmağa da şansın olsun. İnanıram ki, Mahir "Legiya”da necə başlamışdısa, orada da elə olar və uğurlu nəticə əldə edər. Millimizə də faydalı olar. Zarebdəki komandaya niyə uyğunlaşa bilməməsi ilə bağlı suala cavab vermək çətindir. Xaricdə yaşamaqla bağlı nöqsanlar çoxdur. Özü cavab versə, daha yaxşı olar. İstər-istəməz hər nüans onun oyununa, həyat tərzinə maneçilik törədə bilər. Harada oynasa, orada inkişaf edə bilər. Ehtiyatda oturmaqla heç bir inkişaf ola bilməz. Biz də istəyirik ki, yaxşı klublarda oynasın. Bu özündən asılıdır. Sabah başqa formada ola bilər. Təki hədəfləri və imkanları yüksək olsun və istədiyini əldə etsin”.

Rail Məlikov

"Konyaspor” hansı liqada çıxış edir? Superliqada oynayacaq. Vəssalam, niyə geriyə addım olsun ki? Azərbaycana qayıtmaqdansa, Türkiyə Superliqasında Avropaya daha yaxın olar. Orada çıxış etsə, skautlar daha çox izləyər. Türkiyədə özünü göstərsə, daha yaxşı olar. Çünki izlənilən çempionatlardandır. Düşünürlər ki, "Dinamo”dan geri qayıtdısa, bu, geriyə addımdır. Məncə, xeyr, futbolçu yaxşı çıxış etsə, qapılar onun üzünə həmişə açıq olar. Özündən asılıdır, ya irəli gedəcək, ya geri. Belə baxanda Türkiyə Superliqası həm Xorvatiya, həm də Polşa çempionatlarından üstündür. Düzdür, həm Xorvatiya, həm də Polşa çempionatları Avropaya daha yaxın çempionatlardır. Bizim oyunçularımız xaricdə nə qədər çox olsa, o qədər yaxşıdır. "Konyaspor”da Mahiri daha güclü rəqabət gözləyir. Mən Türkiyənin Birinci Dəstəsinə "Neftçi”dən getmişdim. Gözləyirdim ki, mənim üçün daha rahat olacaq. Ancaq çətinlik çəkdim. Baxmayaraq ki, "Neftçi”nin kapitanı və aparıcı oyunçusu idim. Mahir üçün də çətin olacaq. Xarakteri nə qədər güclü olsa, o qədər irəli gedəcək. Bu, ən önəmli amildir. Mahir səviyyəli futbolçudur. İnsan başqa ölkədə olduğu üçün çətinlik çəkə bilər. Bu mənada xarakter önəmlidir”.

İlqar Qurbanov

"Bəzilərini, bunun geri addım olduğunu deyənləri başa düşmürəm. Niyə geri addım olsun ki? Özünə uyğun çempionat olmaya bilər. Amma "Milan”dan, "İnter”dən Türkiyə çempionatına futbolçu gəlirsə… Məsələn, Zaniola "Roma”dan "Qalatasaray”a transfer olundu. Məncə, Mahir yaxşı kluba gedib. Orada rəqabət güclü olacaq. Türkiyə Superliqasını Xorvatiya və Polşa çempionatları ilə müqayisə etməyə dəyməz. Məsələn, Xorvatiyada belə baxanda iki əsas klub var. Hər yerdə deyirəm, Türkiyə Superliqası dünyanın ən çətin, həm də baxımlı çempionatlarından biridir. Orada oynamaq hər adamın işi deyil. Görün hansı ulduzlar gedib orada oynayıb. Türkiyədə hücumçu transferinə daha çox üstünlük verirlər. Məni narahat edən məqam budur. Sağ, sol cinah müdafiəçisi, yaxud stopper olsaydı, deyərdim rahat oynayacaq. Amma hücumçu Türkiyədə ən çətin mövqedir. Bir həftə qol vurmasan, azarkeşlər, media təzyiq edir. Mahiriin xarakterini bilirəm. Bir qədər ərköyün, incə uşaqdır. Buna görə bir qədər narahatam. Amma geri addım deyil. Siz baxın, məndən, Rəşad Sadıqovdan sonra Türkiyə Superliqasına yaxın gedə bilən yoxdur. Heç PTT-yə gedə bilmirlər. Özümüzü dağ başına qoymuşuq. PTT-ni Superliqanı bəyənmirik. Sənin futbolçuların son 10 ildə harda oynayıb? Əksinə, xaricdə bir futbolçumuz var və ona dəstək, ürək-dirək vermək lazımdır. Başqa vaxt deyirik ki, niyə futbolçularımız xaricdə oynamır. Onda özünəinam formalaşdırmaq lazımdır. Mahir Türkiyə Superliqasını seçibsə, o demək deyil ki, bu, geri addımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!