"Komandanı daha yüksək yerlərə aparmaq üçün əlimdən gələni edəcəm"

25 Fevral 2023 08:30 Bizimkilər 727
"Komandanı daha yüksək yerlərə aparmaq üçün əlimdən gələni edəcəm"

Cənubi Koreyanın "Tecon Xana Sitizen" klubununa transfer olan Anton Krivotsyuk təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi yeni komandası üçün əlindən gələni edəcəyini deyib:

"Kollektivə gec qoşulduğum üçün komanda yoldaşlarımla aktiv ünsiyyət quraraq tez uyğunlaşmağa çalışacam.

Komanda 8 ildən sonra Yüksək Liqaya yüksəlib. Bu ilin "Tecon Xana Sitizen" üçün vacib olduğunu bilirəm. Komandanı daha yüksək yerlərə aparmaq üçün əlimdən gələni edəcəm".

Anton Krivotsyuk "Tecon Xana Sitizen"ə Polşanın "Visla" (Plotsk" klubundan 600 min avroya transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti