Millimizin sabiq müdafiəçisi bu kluba icarəyə verildi

24 Fevral 2023 20:20 Bizimkilər 912
Millimizin sabiq müdafiəçisi bu kluba icarəyə verildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq oyunçusu Emre Kaplan "Adanaspor"dan ayrılıb.

"Adanaspor" zəlzələ səbəbindən Türkiyə I Liqasında çıxışını dayandırdığı üçün 22 yaşlı sol cinah müdafiəçisi komandanı tərk edib.

Yığmamızın keçmiş üzvü “Adanaspor"a mövsümün əvvəlində icarə əsasında keçmişdi. O, Adana təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Kaplan mövsümün qalan hissəsini “Bandırmaspor”da keçirəcək. "Başakşehir" müqavilə iləa ona məxsus olan gənci aşağı liqa təmsilçisinə icarəyə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti