"Mən bunların hamısını prezidentimizə çatdırdım" - VİDEO

23 Fevral 2023 08:40 Bizimkilər 534
"Mən bunların hamısını prezidentimizə çatdırdım" - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərçəkmiş Hatayda səfərdə olan zaman dağıntılar altından 53 nəfəri sağ xilas edən azərbaycanlı xilasedicilərlə də görüş keçirib.

Azərbaycan axtarış-xilasetmə qrupunun komandiri, briqada generalı Məhərrəm Həsənov Türkiyə Prezidentinin onlarla görüşü barədə “TRT Haber”ə danışıb.

“Türkiyə Prezidenti cənab Ərdoğan gəlmişdi. Bütün komandalarla görüşərkən Azərbaycan komandasının yanında dayandı və bizə xüsusi diqqət yetirdi, işimizlə maraqlandı. Mən bunların hamısını prezidentimizə çatdırdım”.

Daha ətraflı süjetdə:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!