Son zəlzələ zamanı dağıntılar altında qalanlar arasında azərbaycanlılar var?

22 Fevral 2023 08:50 Bizimkilər 460
Son zəlzələ zamanı dağıntılar altında qalanlar arasında azərbaycanlılar var?

“Türkiyənin Hatay vilayətində dünən baş verən zəlzələ zamanı dağıntılar altında qalan azərbaycanlıların olub-olmaması barədə araşdırma aparılır”.

Bunu oxu.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, bu barədə hələlik dəqiq məlumat alınmayıb.

A.Hacızadə əlavə edib ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən sonra iki vətəndaşımızdan xəbər ala bilməmişik.

Fevralın 20-də Hatayda 6,4 bal gücündə zəlzələ baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!