Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? - Məbləğ açıqlandı

22 Fevral 2023 12:10 Bizimkilər 697
Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? - Məbləğ açıqlandı

Baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 21 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımların sayı açıqlanıb.

Bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

XİN-in məlumatına görə, qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.

Bu məbləğdə hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maddi yardım öz əksini tapıb.

Təqdim olunan siyahıda isə fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!