Cənubi Koreya klubu ilə anlaşan yığmamızın oyunçusundan İLK AÇIQLAMA

21 Fevral 2023 13:40 Bizimkilər 842
Cənubi Koreya klubu ilə anlaşan yığmamızın oyunçusundan İLK AÇIQLAMA

“Komandamın yüksək hədəflərə çatması üçün əlimdən gələni edəcəm”.

Sportinfo.az xəbər verir ki, bunu "Tecon Xana Sitizen”ə yeni transfer edilən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk deyib.

Polşa təmsilçisi “Visla”dan (Plotsk) keçən 25 yaşlı müdafiəçi Cənubi Koreya klubunun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb:

“Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacam.

“Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir”.

Anton Krivotsyuk “Visla”ya 2021-ci ilin yayında “Neftçi”dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!