Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Visla"dan (Plotsk) ayrılıb.
Plotsk təmsilçisi ilə vidalaşan 25 yaşlı müdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək.
Milliləşdirilən legioner bundan sonra "Tecon Xana Sitizen"in formasını geyinəcək. Anlaşma 2+1 illik nəzərdə tutulub.
Daha əvvəl Asiya klubunun oyunçu üçün "Visla"ya 600 min ödəyəcəyi bildirilib.
Polşa klubunun heyətində ümumilikdə 28 oyunda 3 qol vuran ukraynalı 2021-ci ilin yayında "Neftçi"dən bura 70 min avro qarşılığında keçmişdi.
Cənubi Koreyada K Liqa 1-ə yeni yüksəlan “Tecon Xana Sitizen” yığmamızın üzvünə illik 300 min avro əməkhaqqı ödəyəcək.
O, mövsümün 70 faiz oyunlarında meydana çıxarsa, daha 100 min avro bonus alacaq.
Müqavilə şərtlərinə əsasən, Anton Cənubi Koreyada başqa bir kluba keçmək istəyərsə, “Tecon Xana Sitizen”ə 1 milyon avro ödənilməlidir.
SPORTİNFO.AZ

