Renatın “Sürix“ə vurduğu qol “Qrasshopper”ə bəs etmədi - VİDEO

20 Fevral 2023 17:20 Bizimkilər 579
Renatın “Sürix“ə vurduğu qol “Qrasshopper”ə bəs etmədi - VİDEO

İsveçrə çempionatında 21-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sürix”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub.

“Qrasshopper” 21 turdan sonra 24 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.​

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!