Mahir Emreli "Fənərbağça" ilə oyunda meydana çıxacaq?

20 Fevral 2023 14:20 Bizimkilər 1 016
Mahir Emreli "Fənərbağça" ilə oyunda meydana çıxacaq?

"Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXIII turundan təxirə salınmış "Fənərbağça" ilə oyunda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun transferinin fevralın 6-dan sonra gerçəkləşməsidir.

Emreli ilə yanaşı Metehan Mert, Alexandro Posuelo, və Marlos Moreno da bu görüşü buraxacaq.

"Fənərbağça" - "Konyaspor" qarşılaşması fevralın 25-də keçiriləcək. Fevralın 6-da oynanılması planlaşdırılan matç zəlzələyə görə təxirə salınmışdı.

"Dinamo"ya (Zaqreb) məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!