Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışladı, Türkiyədə xəbər oldu - VİDEO

20 Fevral 2023 12:30 Bizimkilər 606
Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışladı, Türkiyədə xəbər oldu - VİDEO

Türkiyə mediasında zəlzələdən əziyyət çəkənlərə yardım edən azərbaycanlılarla bağlı sujetlər yayımlanır.

Bu dəfə qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı xəbər olub.

Xəbərdə bildirilir ki, Qardaş ölkə Azərbaycan zəlzələnin ilk anından bütün imkanlarını səfərbər edib:

“Azərbaycan xalqı zəlzələ bölgəsinə yardım göndərməkdə davam edir.

Azərbaycanda yardım toplama mərkəzinə gələrək qızının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan şəxsin sosial şəbəkədə görüntüləri gündəm olub.

Qızının cehizini göz yaşları içində Türkiyəyə göndərən şəxsin videosunu seyr edənlər də buna kövrəlmədən baxa bilmirlər”,-deyə xəbərdə qeyd olunub.

Həmin anların videosunu təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!