Renat Dadaşov “Sürix”ə qol vurdu, amma sevinə bilmədi

20 Fevral 2023 00:50 Bizimkilər 618
Renat Dadaşov “Sürix”ə qol vurdu, amma sevinə bilmədi

Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Dadaşovun komandası "Sürix"i qonaq edib.

Bu matçda sevinən qonaqlar olub. Görüş "Sürix"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qrasshopper"in qolunu 30-cu dəqiqədə Renat Dadaşov vurub. O, meydana start heyətində çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

"Qrasshopper” çempionatda 21 turdan sonra 24 xalla 7-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!